Bakı. Trend:
2015-ci ildə Azərbaycanda 6266 hüquqi şəxs (onların nümayəndəlik və filialları) yaradılıb.
Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, yeni hüquqi şəxslərin (onların nümayəndəlik və filialları) 53,8 faizi Bakıda, 11,9 faizi Aran, 10,8 faizi Lənkəran, 8,1 faizi Abşeron, 5,4 faizi Gəncə-Qazax iqtisadi rayonlarında, qalanları isə digər bölgələrdə qeydiyyatdan keçib.
Bundan əlavə, 2015-ci ildə ölkənin vergi orqanlarında 70 974 fiziki şəxs qeydiyyatdan keçib. Onlar daha çox Bakıda, Aran, Gəncə-Qazax, Abşeron, Lənkəran, Şəki-Zaqatala və Quba-Xaçmaz iqtisadi rayonlarında qeydiyyata alınıb.