...

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı bu il 5 milyon tondan çox yükaşırma planlaşdırır (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Yanvar 2016 17:37 (UTC +04:00)
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı 2016-cı ildə 5 milyon tondan çox yükaşırma planlaşdırır.
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı bu il 5 milyon tondan çox yükaşırma planlaşdırır (ƏLAVƏ OLUNUB)

Bakı. Maksim Tsurkov - Trend:

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı 2016-cı ildə 5 milyon tondan çox yükaşırma planlaşdırır. Trend-in məlumatına görə, bunu jurnalistlərə limanın baş direktoru Taleh Ziyadov deyib.

Onun sözlərinə görə, hazırda yükaşırma üzrə əsas əməliyyatlar şəhərin mərkəzində yerləşən limanda aparılır: "Dəmir yolu ilə daşınan yüklərin göndərilməsi Ələtdəki terminaldan həyata keçirilir. Bu ilin sonunadək Ələtdə iritonnajlı yük maşınlarını daşıya biləcək yeni Ro-Ro terminalı tikiləcək".

T.Ziyadov qeyd edib ki, 2017-ci ilin sonunadək limanın tikintisinin birinci mərhələsi başa çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti