Bakı. Trend:
ABŞ-ın faiz dərəcələrini yüksəltməsinin yeni dövründə kapitalın dəyərinin artması ilə yeni imkanlar yaranacaq.
Onlayn multi-aktivlərin ticarəti və investisiya üzrə ekspert sayılan "Saxo Bank" dünya bazarları üçün rüblük makroiqtisadi proqnozları və 2016-ci ilə olan əsas ticarət strategiyalarını dərc etdirib.
2015-ci ilin dekabr ayında ABŞ Federal Ehtiyat Sisteminin son doqquz ildə ilk dəfə faiz dərəcələrini artırmaqla bağlı qərar qəbul etməsi dünya paradiqmasında dəyişikliklərə səbəb olub. Məhz bu səbəbdən "Saxo Bank"ın proqnozları 2016-cı ilin birinci rübündə faiz dərəcələrinin yüksəldilməsi dövrlərində müxtəlif aktivlərin qiymət dəyişikliklərini təhlil edərək "boşluğu nəzərə almağa" yönəlir.
"Saxo Bank"ın baş iqtisadçısı Stin Yakobsen bildirir ki, cari ildə birinci rüb çətin, qarışıq, yüksək dəyişkənlik və FES-in növbəti fəaliyyəti ilə əlaqədar müxtəlif ehtimallarla müşahidə olunacaq. Lakin ümumi mənzərədə biz kapitalın marjinal dəyəri modelinə keçid dövründəyik ki, bu da müsbət haldır.
"FES-in faiz dərəcələrini artırması "xəstəlik" deyil, dirçəlmə əlamətidir və 2016-cı il öz portfellərinin yüksəldilməsinə çalışan investorlar üçün geniş imkanlar təklif edir, belə ki, cari ildə dünya bazarlarında nizamlanma və canlanma gözlənilir", - Stin Yakobsen vurğulayıb.
Qeyd olunanları nəzərə alaraq "Saxo Bank" əsas aktiv sinifləri üzrə 2016-cı ilin birinci rübünə olan proqnozları açıqlayıb:
Əmtəələr
Birinci rüb artıq davamlı vaxt ərzində zəif göstəricilər nümayiş etdirən neft üçün ən pis dövr ola bilər. İrana qarşı sanksiyaların ləğv edilməsi ölkənin neft ixracını stimullaşdırır. İslam Respublikası ilk öncə hazırkı ehtiyatlarının, daha sonra isə onsuz da təklif artıqlığı müşahidə olunan bazarlara gündəlik əlavə 500 min barel neftin çıxarılmasını planlaşdırır. ABŞ-da ilin ilk dörd ayı ərzində neft ehtiyatlarının bir qayda olaraq artımı gözlənilir ki, bu da fyuçerslər üzrə WTI markalı neftin paylanma mərkəzi sayılan Kuşinqi daha ağır təzyiqə məruz qoya bilər.
Birinci rüb qiymətli metallar üçün də asan keçməyəcək. İnvestorların Avropa və Çində kəmiyyət yumşaldılması siyasəti fonunda ABŞ-da faiz dərəclərinin yüksəldilməsini dollar almaq üçün fürsət kimi dəyərləndirəcəyi ehtimal olunur.
Valyuta bazarları (Foreks)
Hazırda FES-in fəal şəkildə faiz dərəcələri siyasətini tənzimləməsi şəraitində dünya bazarları və bütün valyutalar (həm əsas, həm də digər) sözügedən qurumun qərarlarından, həmçinin faiz dərəcələrinin sərtləşdirilməsi qərarlarının intensiviliyi ilə bağlı bazar iştirakçılarının gözləntilərindən birbaşa asılı olacaq. FES qlobal maliyyə böhranından etibarən dünya mərkəzi bankları arasında ilk olaraq ultra-yumşaldılma siyasətindən uzaqlaşır ki, bu da dolların yüksəlməsi proqnozunu təsdiqləyir.
İstiqrazlar
Yeni ilin başlanması ilə dünya investorlarını maraqlandıran başlıca məsələ kredit faktorudur. Faiz dərəcələrinin sıfırdan qaldırıldığı vəziyyətdə kreditlərin dəyəri korporativ və makro səviyyədə fəaliyyət effektivliyini müəyyən edəcək. Birinci rübdə əlverişli "iqtisadi sürprizlər" şəraitində investorlara Almaniya dövlət istiqrazlarını qısa mövqedə portfelə əlavə etmək tövsiyə olunur.
Fond bazarları
Əgər fond bazarları enerji və dağ-mədən sənayesi seqmentlərindəki kredit böhranından sığortalana bilsə,- hansı ki, yüksək ehtimala malikdir - o zaman 2016-cı il investorlar üçün uğurlu ola bilər. Belə ki, sərmayəçilər dollar gəlirlərinin stabil qrafiki, beş illik Avropa dövlət istiqrazları və qısamüddətli Yaponiya dövlət istiqrazlarının mənfi faiz dərəcələrini müşahidə edəcəklər.
Makroiqtisadiyyat
Dünya iqtisadiyyatı son onillikdə birinci dəfə olaraq FES-in faiz dərəcələrini yüksəltməsinin ilkin dövrünü yaşayır. Ancaq bu şəraitdə inkişafda olan deyil, inkişaf etmiş ölkələr daha əlverişli vəziyyətdə olacaq. Bununla yanaşı kapital dəyərinin artım nəticələri yalnız mənfi olmayacaq və dünya iqtisadiyyatının inkişaf templəri cüzi olaraq artacaq.
Avropa
Polşa artıq bir neçə müddətdir ki, stabil, resessiyaya davamlı və yaxşı inkişafa malik iqtisadiyyatı ilə fərqlənir. Ancaq təəssüf ki, Polşa iqtisadiyyatı əvvəlki kimi artan kapital xərcləri şəraitində zəif nöqtələrə malikdir, xüsusən də bu xərclər enerji sektoru ilə bağlı olduqda. "Saxo Bank" qeyd edir ki, 2016-cı ildə Polşa iqtisadiyyatı artımında zəifləmə gözlənilir.
Asiya-Sakit okean regionu
Çin təqviminə görə 2016-cı il qırmızı, alovlu meymun ilidir. Bu səbəbdən cari il bazar itkiləri, ambisiyalar və müstəsna dəyişkənliklə müşahidə oluna bilər. 2016-cı ildə yerdəyişmə və fraqmentasiyalar daha nəzərəçarpan olacaq və geosiyasi risklər, o cümlədən hazırda müşahidə edilən gərgin mühit nəticəsində potensial qlobal iqtisadi zəifləmə gündəmdə qalacaq.
"Saxo Bank"ın ekspertləri tərəfindən hazırlanmış birinci rüblə bağlı analizlər, ticarət strategiyaları və maliyyə proqnozları haqqında daha ətrafl