...

Cavid Qurbanov: "Şimal-Cənub" Nəqliyyat Dəhlizi üzrə işlərin sürətləndirilməsi zamanın tələbidir

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Yanvar 2016 15:28 (UTC +04:00)

Bakı. Trend:

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində Çin Xalq Respublikasının "Cedar Ave Capital" şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib.

QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov görüşdə Azərbaycan Dəmir Yolunda həyata keçirilən layihələr, qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verib. Bildirib ki, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin ölkəmizin ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi zamanın tələbidir. Bu məqsədlə Azərbaycan Prezidenti İlham Əliyev 7 dekabr 2015-ci ildə "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında sərəncam imzalayıb: "Sərəncama əsasən, üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirmək üçün bütün qüvvələri səfərbər edirik".

Görüşdə "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşması istiqamətində görülən işlər, eləcə də 3 avqust 2015-ci ildən etibarən Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu üzrə həyata keçirilən konteyner daşımaları ilə bağlı fikir mübadiləsi aparılıb.

İkitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi qərara alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti