Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 14:30-da yayılıb)
Bakı. Trend:
Azərbaycanın gömrük buraxılış məntəqələrində yüklərin rəsmiləşdirilməsi zamanı gecikmələr gömrük orqanlarının işi ilə bağlı deyil. Trend-in məlumatına görə, bunu jurnalistlərə Dövlət Gömrük Komitəsinin sədr müavini Səfər Mehdiyev deyib.
O qeyd edib ki, gecikmələr sahibkarların təqdim etdiyi sənədlərin tam olmaması və ya onları vaxtında təqdim etməmələri ilə bağlı yaranır.
S.Mehdiyev qeyd edib ki, son vaxtlar bütün gömrük buraxılış məntəqələrində xarici ticarətin asanlaşdırılması və yük daşımalarının sürətləndirilməsi üçün tədbirlər görülüb: "Vahid pəncərə" sisteminin tətbiqinə qədər yüklərin yoxlanılması 45-60 dəqiqə vaxt aparırdısa, indi bütün sənədlər mövcud olarsa və onlar vaxtında təqdim edilərsə, yoxlama cəmi 10-15 dəqiqə vaxt aparır".