...

Maliyyə Nazirliyinin istiqrazlarının tədavül müddəti müəyyənləşdi

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Fevral 2016 19:03 (UTC +04:00)
Maliyyə Nazirliyi manat və dollar nominallı qısamüddətli və ortamüddətli istiqrazların tədavül müddətini müəyyənləşdirib.
Maliyyə Nazirliyinin istiqrazlarının tədavül müddəti müəyyənləşdi

Bakı. Ənvər Məmmədov - Trend:

Maliyyə Nazirliyi manat və dollar nominallı qısamüddətli və ortamüddətli istiqrazların tədavül müddətini müəyyənləşdirib. İstiqrazların tədavül müddəti müvafiq olaraq 1 ilədək və 5 ilədək nəzərdə tutulacaq.

Trend-in Bakı Fond Birjasına istinadən verdiyi məlumata görə, tədavül müddəti 1 ilədək olan qısamüddətli istiqrazlar 300 milyon dollar və 150 milyon manat məbləğində buraxılacaq.

Tədavül müddəti bir ildən beş ilədək olan ortamüddətli istiqrazlar isə 200 milyon dollar və 250 milyon manat məbləğində nəzərdə tutulacaq.

Dollar və manat istiqrazlarının prospekti Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən müvafiq olaraq yanvarın 26-sı və 27-də qeydiyyata alınıb.

Hər bir istiqrazın nominal qiyməti müvafiq olaraq 100 manat və 100 dollar təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti