...

Azərbaycan Rusiyadan daha 100 yük vaqonu alacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Fevral 2016 14:47 (UTC +04:00)
Bu il Rusiyadan Azərbaycana daha 100 yük vaqonu çatdırılacaq.
Azərbaycan Rusiyadan daha 100 yük vaqonu alacaq

Bakı. Maksim Tsurkov - Trend:

Bu il Rusiyadan Azərbaycana daha 100 yük vaqonu çatdırılacaq. Bunu Trend-ə "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib.

Onun sözlərinə görə, bu tədarüklər ötən il Rusiyanın "Uralvaqonzavod" SC ilə bağlanmış müqavilə çərçivəsində həyata keçiriləcək.

N.Əzməmmədov qeyd edib ki, müqaviləyə əsasən, Azərbaycan müxtəlif növ 3100 yük vaqonu alacaq: "Onların arasında sisternlər, yarımvaqonlar, konteynerlərin daşınması üçün platformalar və s. var. 3 min vaqon artıq Azərbaycana çatdırılıb və QSC tərəfindən istifadə edilir. Qalan 100 vaqon isə bu il çatdırılacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti