Bakı. Hüseyn Vəliyev. Ənvər Məmmədov - Trend:
Azərbaycan Mərkəzi Bankı Əmanətlərin Sığortalanması Fondunun ehtiyacları üçün zəruri vəsaitləri qüvvədə olan qanunvericiliyə uyğun ayıracaq. Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.
O bildirib: "Bununla bağlı heç bir narahatçılıq ola bilməz. Əmanətlərin Sığortalanması Fondu müflis olmuş bankların əmanətçilərinə kompensasiyaların verilməsini davam etdirəcək. Hazırda fond vəsait çatışmazlığı hiss etmir".