...

WizzAir Azərbaycana uçuşların qiymətlərinin azalacağını gözləyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Mart 2016 01:35 (UTC +04:00)
Rəqabət Azərbaycanın təyyarə uçuşları bazarında qiymətin azalmasına gətirib çıxaracaq.
WizzAir Azərbaycana uçuşların qiymətlərinin azalacağını gözləyir

Bakı. Azad Həsənli - Trend:

Rəqabət Azərbaycanın təyyarə uçuşları bazarında qiymətlərin azalmasına gətirib çıxaracaq. Trend-in məlumatına görə, bu fikri WizzAir aviaşirkətin Baş direktoru Cozef Varadi deyib.

Varadinin fikrincə, rəqabət həm bazar, həm də müştərilər üçün çox yaxşıdır, çünki onlarda geniş seçim yaranır: "Bundan başqa rəqabət qiymətlərin də azalmasına gətirir [aviaşirkətlərin xidmətləri üzrə]. Biz istənilən rəqabəti müsbət qiymətləndiririk".

Baş direktorun sözlərinə görə, Azərbaycan aviaşirkəti AZAL-ın yaratdığı AZAL Jet və Türkiyənin Pegasus loukosterləri WizzAir-in təqdim etdiyi qiymətləri təqdim edə bilməz: "AZAL Jet daimi əsasda WizzAir-in təqdim etdiyi qiymətləri təklif edə bilməz. Pegasus-a gəlincə isə, bu aviaşirkət Türkiyədə geniş marşrut şəbəkəsinə və Şərqi Avropaya çıxışa malikdir, lakin bizimlə müqaisədə onların Qərbi Avropada daha az istiqamətlərdə uçuşları var. Ona görə də, hər şey təyinat nöqtəsindən asılıdır. Qərbi Avropa ölkələrinə səfər etmək istəyənlər üçün WizzAir daha məqbul variant olacaq".

WizzAir şirkəti Budapeşt-Bakı marşrutu üzrə aviauçuşlara martın 27-dən başlayacaq. Reyslər həftədə iki dəfə, çərşənbə və bazar günləri olmaqla həyata keçiriləcək. Biletin qiyməti 59,99 avrodan başlayacaq. Qeyd edək ki, bi qiymətə biletlərin sayı cəmi 20-dir. Yerdə qalan biletlərin qyməti bir tərəfə 75-80 avro arasında dəyişir.

Hal-hazırda şirkət dünyanın 38 ölkəsinə 119 istiqamətdə uçuşlar həyata keçirir. Şirkətin aviaparkı orta yaşı dörd il olan 66 təyyarədən ibarətdir (63 - Airbus A320, 3 - Airbus A321).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti