...

Vergi Apelyasiya Şurası şirkətin təkrar şikayətini təmin etdi

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Mart 2016 20:26 (UTC +04:00)
Bakı Vergilər Departamentinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” və “İnzibati şikayətin təmin edilməməsi haqqında” qərarları ləğv edilib.
Vergi Apelyasiya Şurası şirkətin təkrar şikayətini təmin etdi

Bakı. Trend:

Vergi Apelyasiya Şurası vergi ödəyicisi kimi Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentində qeydiyyatda olan hüquqi şəxs "Z-engineering" MMC-nin "Səyyar vergi yoxlaması" Aktının, "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" və "İnzibati şikayətin təmin edilməməsi haqqında" qərarların ləğv edilməsi barədə təkrar şikayətinə baxıb.

Nazirliyin Analitik-informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, araşdırma zamanı müəyyən edilib ki, Cəmiyyətdə 2012-ci ilin iyun ayından 2014-cü ilin dekabrı üzrə olan dövrü əhatə edən növbədənkənar səyyar vergi yoxlaması keçirilib və həmin yoxlama ilə Cəmiyyətə ödəmə mənbəyində tutulan vergi üzrə əlavə vergi hesablanıb və maliyyə sanksiyası tətbiq edilib.

Səyyar vergi yoxlaması zamanı əməkhaqqı məbləğinin və işçilərin sayının faktiki yerinə yetirilən işlərin həcminə uyğunluğunu araşdırmaq məqsədilə yoxlamaya Azərbaycan Sənaye və Ticarət Palatasının "Azərekspertiza" Birliyinin mütəxəssisi cəlb edilib. Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq, 2012-ci və 2014-cü illər üzrə 1 nəfər işçi üçün illik iş vaxtı norması və təmir işləri sahəsində bir muzdlu işçiyə düşən orta aylıq əməkhaqqı məbləğinə uyğun olaraq, əməkhaqqı hesablanıb və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67-ci, 45-ci, 83.2-ci, 101-ci və 150.1.7-ci maddələrinə əsasən əlavə olaraq ödəmə mənbəyində tutulan vergi hesablanıb.

Apelyasiya Şurasının iclasında aparılan müzakirələr, vergi ödəyicisinin zərərlə işləməsi, təkrar şikayət üzrə işin faktiki halları, gətirilmiş dəlillər, eləcə də mütəxəssis rəyi ilə bağlı toplanmış materiallar və sübutlar əsas götürülməklə, Vergi Apelyasiya Şurasının qərarı ilə "Z-engineering" MMC-nin təkrar şikayəti təmin olunaraq, Bakı Vergilər Departamentinin "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" və "İnzibati şikayətin təmin edilməməsi haqqında" qərarları ləğv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti