...

Azərbaycan İsveçrə istehsallı tikinti materiallarını ixrac edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Mart 2016 18:00 (UTC +04:00)
İsveçrənin SIKA şirkətinin Sumqayıt Kimya Sənaye Parkında istehsal etdiyi məhsullar yaxın xarici ölkələrə ixrac ediləcək.
Azərbaycan İsveçrə istehsallı tikinti materiallarını ixrac edəcək

Bakı. Ənvər Məmmədov - Trend:

İsveçrənin SIKA şirkətinin Sumqayıt Kimya Sənaye Parkında istehsal etdiyi məhsullar yaxın xarici ölkələrə ixrac ediləcək.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Sumqayıt Kimya Sənaye Parkının direktor müavini Zaur Məmmədov deyib.

Onun sözlərinə görə, SIKA zavodunda istehsal edilən məhsullar (şirkət əsasən inşaat qatqılarının istehsalı ilə məşğul olacaq) təkcə daxili tələbatı qarşılamağa istiqamətlənməyəcək, həm də Rusiya, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan, Gürcüstan və İrana ixrac ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti