Bakı. Maksim Tsurkov - Trend:
"Şimal-Cənub" nəqliyyat dəhlizi layihəsi regionumuz üçün strateji layihədir. Trend-in məlumatına görə, bunu İran parlamentinin spikeri Əli Laricani TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana müsahibəsində deyib.
Onun sözlərinə görə, "Şimal-Cənub" dəhlizi bütün ölkələr, o cümlədən Rusiya üçün faydalı ola bilər: "Rusiya bu dəhliz vasitəsilə Fars və Oman körfəzləri sularından istifadə imkanı əldə edə biləcək. Bu marşrut yüklərin daşınmasında Rusiyaya kömək edə bilər".
Ə.Laricani qeyd edib ki, bu marşrut üzərində olan bütün ölkələr onun üstünlüklərindən yararlana biləcəklər.