Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 11:22-də yayılıb)
Bakı. Ənvər Məmmədov - Trend:
Bakıda Azərbaycan-Niderland biznes forumu çərçivəsində birgə biznes mərkəzin yaradılması haqqında memorandum imzalanıb. Memorandum "ADA" Universiteti ilə Niderlandın Limburq vilayəti arasında imzalayıb.
Bundan başqa, biznes forum çərçivəsində daha 3 memorandum imzalanıb - Sumqayıt Kimya Sənaye Parkı ilə Niderlandın "Chamelot" Kimya Parkı arasında, "ASAN" innovasiyalar mərkəzi, "Nar", Azərbaycan-Niderland biznes mərkəzi ilə İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu arasında, həmçinin Azərbaycan Polad İstehsalı Kompleksi, Axen Universiteti ilə Maastrixt Universiteti arasında imzalanıb.
Bundan başqa, iki gündən sorna iki ölkə arasında kənd təsərrüfatı sahəsində daha bir memorandumun imzalanması gözlənilir.