...

Bank VTB "Sahil" filialının da iş saatını uzatdı

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 İyun 2016 17:07 (UTC +04:00)
Bank VTB (Azərbaycan) müştərilərinin rahatlığı və xidmət keyfiyyətinin artırılması üçün paytaxtdakı filiallardan daha birinin iş saatını uzadıb və iş günlərini artırıb.
Bank VTB "Sahil" filialının da iş saatını uzatdı

Bakı. Trend:

Bank VTB (Azərbaycan) müştərilərinin rahatlığı və xidmət keyfiyyətinin artırılması üçün paytaxtdakı filiallardan daha birinin iş saatını uzadıb və iş günlərini artırıb.

Bankın "Sahil" filialı yeni iş rejiminə keçib və yeni qrafikə əsasən, filial müştərilərə həftə içi saat 09:00-dan 21:00-dək, şənbə günləri isə 10:00-dan 19:00-dək xidmət göstərəcək.

Yeni formatda "Sahil" filialı öz müştərilərinə əvvəl göstərdiyi xidmətləri təqdim etməyə davam edəcək. Bura valyuta mübadiləsi, təcili pul köçürmə sistemi üzrə vəsaitin ödənilməsi və göndərilməsi, mədaxil əməliyyatları, hesabların açılması, plastik kartların sifarişi və verilməsi, ödəmə tapşırıqlarının qəbulu, hesablar üzrə çıxarışların verilməsi, kredit üçün sifarişlərin qəbul edilməsi, məsləhətlər üzrə bütün xidmət kompleksi daxildir.

"Sahil" filialı Bülbül prospekti, 7, korpus "D" ünvanında "Sahil" metrostansiyasının çıxışında yerləşir.

Bundan əvvəl, Bank VTB-nin (Azərbaycan) Azadlıq prospekti, ev 92 ünvanında yerləşən "Azadlıq" filialı da uzadılmış iş qrafikinə keçmişdi. Bununla, artıq bankın iki filialı müştərilərə qeyri-iş saatlarında da xidmət göstərəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti