...

Beynəlxalq Sığorta Şirkətinin rəhbərliyində ciddi dəyişikliklər

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyun 2016 16:34 (UTC +04:00)
Beynəlxalq Sığorta Şirkətinin rəhbərliyində baş vermiş dəyişikliklər nəticəsində şirkəti bir sıra əməkdaş tərkb edib.
Beynəlxalq Sığorta Şirkətinin rəhbərliyində ciddi dəyişikliklər

Bakı. Azad Həsənli - Trend:

Beynəlxalq Sığorta Şirkətinin rəhbərliyindəki dəyişikliklər nəticəsində şirkəti bir sıra əməkdaş tərk edib.

Trend-in sığorta şirkətinin saytına istinadən verdiyi məlumata görə, İdarə heyətinin tərkibini sədrin birinci müavini Nərmin Muradova və İdarə heyətinin üzvü, İcra aparatının rəhbəri Nihad Cəlilov tərk ediblər.

Bundan başqa, Qeysər Səfərəliyev və Elxan Abbasov Təftiş komissiyasının tərkibindən çıxıblar. Komissiyada yalnız sədr Elşən Quliyev qalıb.

Hazırda şirkətin İdarə heyətinin tərkibinə sədr Məmmədsadıx Məmmədov, müavinlər İlham Ağayev və Rəhim Zəkiyev daxildirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti