Bakı. Maksim Tsurkov – Trend:
Britaniyanın BP şirkəti və Azərbaycanın Təhsil Nazirliyi 358 min manat dəyərində birgə layihəni işə salıb.
Trend-in məlumatına görə, layihə kənd təsərrüfatı sahəsində ixtisaslaşmış təhsil bazasının möhkəmləndirilməsinə yönəlib.
Layihənin reallaşdırılmasının nəticəsi kənd təsərrüfatı sahəsində yeni ixtisas və peşələrin yaradılması olacaq.