Bakı. Azad Həsənli – Trend:
Azərbaycan dövlət borcuna xidmət göstərilməsi üçün 2017-ci ilin dövlət büdcəsinə 1 768,8 milyon manat yerləşdirib ki, bu da 2016-cı ilin göstəricisindən 0,4 faiz və ya 6,3 milyon manat azdır.
Trend-in məlumatına görə, bu barədə Maliyyə Nazirliyinin 2017-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında deyilir.
Bu məbləğdən 1 707,6 milyon manat xarici borca, 61,16 milyon manat isə daxili borca xidmət göstərilməsi üçün ayrılacaq.