...

Beynəlxalq Sığorta Şirkətinin bağlanma ehtimalı nə ilə bağlıdır? (YENİLƏNİB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Oktyabr 2016 13:18 (UTC +04:00)
Oktyabrın 12-də səhmdarların yığıncağında müzakirəyə çıxarılacaq Beynəlxalq Sığorta Şirkətinin bağlanma ehtimalı onin aşağı maliyyə göstəriciləri ilə bağlıdır.
Beynəlxalq Sığorta Şirkətinin bağlanma ehtimalı nə ilə bağlıdır? (YENİLƏNİB)

Bakı. Ənvər Məmmədov – Trend:

Oktyabrın 12-də səhmdarların yığıncağında müzakirəyə çıxarılacaq Beynəlxalq Sığorta Şirkətinin bağlanma ehtimalı onun aşağı maliyyə göstəriciləri ilə bağlıdır.

Trend-in məlumatına görə, bunu sığorta şirkətinin 100 faizlik təsisçisi olan Azərbaycan Beynəlxalq Bankının İdarə heyətinin sədr müavini Elmir Həbibullayev deyib.

Onun sözlərinə görə, hazırda Beynəlxalq Bankda optimallaşdırılma prosesi gedir: "Hazırda Beynəlxalq SIğorta Şirkətinin maliyyə göstəriciləri bizi qane etmir və biznes baxımından bizim üçün maraqlı deyil, buna görə də Sığorta Şirkətinin ləğvi məsələsinin səhmdarların müzakirəsinə çıxarılmasını qərara aldıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti