...

Daşınar əşyanın ipotekasının qeydiyyatı üçün dövlət rüsumunun məbləği müəyyənləşdi

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Mart 2017 19:37 (UTC +04:00)
Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2017-ci il 1 fevral tarixli qanunun tətbiqi haqqında sərəncam imzalayıb.
Daşınar əşyanın ipotekasının qeydiyyatı üçün dövlət rüsumunun məbləği müəyyənləşdi

Bakı. Trend:

Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2017-ci il 1 fevral tarixli qanunun tətbiqi haqqında sərəncam imzalayıb.

Trend-in məlumatına görə, dəyişikliklərə əsasən qanuna aşağıdakı məzmunda 2.0.10-2-ci maddə əlavə edilir:

“2.0.10-2. daşınar əşyanın ipotekasının dövlət qeydiyyatı;”.

Aşağıdakı məzmunda 25-2-ci maddə əlavə edilir:

“Maddə 25-2. Daşınar əşyanın ipotekasının dövlət qeydiyyatına alınması üçün tutulan dövlət rüsumunun dərəcəsi

Dövlət rüsumu tutulmalı olan hərəkətlər

Dövlət rüsumunun məbləği

”.

1

2

Daşınar əşyanın ipotekasının dövlət qeydiyyatına və əlavə dövlət qeydiyyatına alınması üçün

10 manat

Qanunun 26.4-cü maddəsində “təkrar və əlavə qeydiyyatı, girovun əlavə qeydiyyata” sözləri “əlavə dövlət qeydiyyatına, girovun əlavə dövlət qeydiyyatına” sözləri ilə əvəz edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti