...

Azərbaycanın dövlət büdcəsinə gömrük daxilolmaları il ərzində 20 faizə yaxın artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Avqust 2017 16:43 (UTC +04:00)
2017-ci ilin yanvar-iyul aylarında Azərbaycan Dövlət Gömrük Komitəsi dövlət büdcəsinə 1,4 milyard manata yaxın vəsait köçürüb
Azərbaycanın dövlət büdcəsinə gömrük daxilolmaları il ərzində 20 faizə yaxın artıb

Bakı. Azad Həsənli - Trend:

2017-ci ilin yanvar-iyul aylarında Azərbaycan Dövlət Gömrük Komitəsi dövlət büdcəsinə 1,4 milyard manata yaxın vəsait köçürüb. Bu, ötən ilin ilk yeddi ayı ilə müqayisədə 18,64 faiz çoxdur.

Trend bu barədə Dövlət Gömrük Komitəsinin hesabatına istinadən məlumat verir.

Hesabatda qeyd olunur ki, iyul ayında büdcəyə daxilolmalar 256,6 milyon manat təşkil edib. Ötən ay ərzində gömrük rüsumlarından daxilolmalar 61,3 milyon manat, ƏDV-dən – 184,5 milyon manat, aksizdən – 8,06 milyon manat, yol vergisindən daxilolmalar 2,8 milyon manat təşkil edib.

2016-cı ilin iyul ayı ilə müqayisədə gömrük rüsumlarından daxilolmalar 33,15 faiz azalıb, ƏDV-dən – 49,5 faiz artıb, aksizdən – 45,4 faiz azalıb, yol vergisindən daxilolmalar 7,7 faiz azalıb.

Qeyd edək ki, 2017-ci ildə Azərbaycan dövlət büdcəsinə gömrük daxilolmaları üzrə proqnoz 2,205 milyard manat təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti