...

Bank VTB (Azərbaycan) korporativ müştərilərə overdraft xidmətini təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Avqust 2017 16:44 (UTC +04:00)
Bank VTB (Azərbaycan) korporativ müştərilərə overdraft xidmətini təklif edir.
Bank VTB (Azərbaycan) korporativ müştərilərə overdraft xidmətini təklif edir

Bakı. Trend:

Bank VTB (Azərbaycan) sahibkarlara qısamüddətli kredit məhsulu olan overdraftdan istifadə etməyi təklif edir. Overdraftın müddəti 1 gündən 30 günədək təşkil edir.

Bankdan Trend-ə verilən məlumata görə, overdraft hesablaşma hesabındakı pul dövriyyəsində müvəqqəti vəsait çatışmazlığı ilə üzləşən müştərilərə avtomatik verilən qısamüddətli kreditdir. Overdraft xidməti hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslər üçün nəzərdə tutulub.

Məhsuldan istifadə etmək üçün bankın müştərilərinə limit müəyyənləşdirmək və müvafiq anketi doldurmaq kifayətdir. bankın müştərisi olmayan şirkətlər overdraftdan istifadə üçün əlavə olaraq digər bankdakı hesablarındakı dövriyyə üzrə arayış təqdim etməli, xidmətin göstəriləcəyi barədə təsdiq aldıqdan sonra Bank VTB-də (Azərbaycan) hesablaşma hesabı açmalıdır.

Overdraft sadələşdirilmiş prosedurayla və minimal sənəd toplumu ilə təqdim olunur. Overdraftın verilməsi üzrə qərar verilməsi və vəsaitin ayrılması maksimal qısa müddətdə, operativ həyata keçirilir.

Overdraft üzrə limit müştərinin tələbatını nəzərə almaqla fərdi qaydada müəyyənləşdirilir.

Overdraft xidməti barədə daha ətraflı məlumatı bankın filiallarından, habelə bankın saytındakı onlayn-konsultasiya xidmətindən və (012) 986 qısa nömrəli Çağrı Mərkəzindən əldə etmək olar.

Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları VTB Bank ASC və “AtaHolding” ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcə də fiziki şəxslərə xidmət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti