Bakı. Ənvər Məmmədov - Trend:
Azərbaycanlı sahibkarlardan ibarət ixrac missiyası 1-4 oktyabr tarixlərində Macarıstanın paytaxtı Budapeştə səfər edəcək.
Trend-in məlumatına görə, bu barədə İqtisadiyyat Nazirliyi məlumat verib.
Missiyanın tərkibinə daxil olan sahibkarlar meyvə və tərəvəz, mineral su, meyvə suları, şəkər və qənnadı məmulatları, şərab və digər spirtli içkilər, bal və bal məhsulları, çay, fındıq və sənaye məhsullarının istehsalı sahələrində fəaliyyət göstərir.