...

"İslam Səfərli" tankeri tezliklə açıq dənizə çıxacaq (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Dekabr 2017 15:30 (UTC +04:00)
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə məxsus “İslam Səfərli” tankerinin “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda əsaslı təmiri yekunlaşmaq üzrədir.
"İslam Səfərli" tankeri tezliklə açıq dənizə çıxacaq (FOTO)

Bakı. Trend:

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə məxsus “İslam Səfərli” tankerinin “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda əsaslı təmiri yekunlaşmaq üzrədir.

ASC-dən Trend-ə verilən məlumata görə, təmir prosesində tankerin baş mühərrikləri, nasoslar, elektrik mühərrikləri və digər mexanizmlər əsaslı təmir olunub. Köməkçi mühərriklər yenisi ilə əvəzlənib. Gəmidə elektrik avadanlıqlar sazlanıb.

Eyni zamanda, tankerdə ümumi təmizləmə, gövdə hissəsində defektasiya, yük anbarlarında və ballast çənlərində qüsur aktlarına əsasən gövdə-qaynaq işləri görülüb. Üzən vasitənin sualtı və suüstü hissələri, göyərtəsi rənglənib.

Aparılan işlərin yoxlanılması üçün tanker zavod ərazisində dəniz sınağından da keçib. Aşkarlanan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra gəmi istismara veriləcək.

Xatırladaq ki, uzunluğu 125.06, eni 16.63 metr olan tankerin maksimal sürəti 11.3 uzeldir. Gəmiçiliyin Dəniz Nəqliyyat Donanmasına məxsus gəmi maye yüklərin daşınmasında istismar edilir.

Qeyd edək ki, Donanma müxtəlif təyinatlı yüklərin və sərnişinlərin daşınmasını həyata keçirir, rabitə, radiomərkəz və elektroradionaviqasiya üzrə müxtəlif xidmətlərin göstərilməsini təşkil edir, gəmilərin yüklənib-boşaldılmasını və yedək əməliyyatlarını, dibdərinləşdirmə işlərini aparır, habelə dəniz yolları naviqasiya işarələrinin yerləşdirilməsini və onların saz vəziyyətdə saxlanılmasını təmin edir, gəmilərin texniki istismar qaydalarına müvafiq olaraq vaxtında və keyfiyyətlə təmir edilərək Dəniz Registrinə təqdim olunması üçün tədbirlər görür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti