Bakı. Trend:
Bu ilin martında Həştərxanda 5 min kv.m sahədə Azərbaycan Biznes Mərkəzi açılacaq.
Trend-in TASS-a istinadən verdiyi məlumata görə, vilayətin beynəlxalq və xarici iqtisadi əlaqələr naziri Denis Afanasyev çoxfunksiyalı beşmərtəbəli binada sərgi zalı, konfrans zalı, ofis yerləri və mini-hotelin yerləşəcəyini bildirib.
Təməli 2016-cı ilin dekabrında qoyulmuş mərkəzin bundan əvvəl ötən ilin sonlarında açılacağı deyilirdi.
D.Afanasyev, eyni zamanda, Bakıda təməli qoyulmuş Həştərxan Biznes Mərkəzindən danışıb və qeyd edib ki, bu iki obyektin birgə işi regionlar və Azərbaycan arasında ticari-iqtisadi və nəqliyyat-logistika əlaqələrinin genişləndirilməsinə istiqamətlənib.