...

"Fitch" Azərbaycanın suveren reytinqləri üzrə proqnozu yaxşılaşdırmasının səbəbini açıqladı

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Mart 2018 11:01 (UTC +04:00)
"Fitch Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanın suveren reytinqləri üzrə proqnozu yaxşılaşdırmasının səbəbini açıqlayıb.
"Fitch" Azərbaycanın suveren reytinqləri üzrə proqnozu yaxşılaşdırmasının səbəbini açıqladı

Bakı. Trend:

"Fitch Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanın suveren reytinqləri üzrə proqnozu yaxşılaşdırmasının səbəbini açıqlayıb.

Trend-in məlumatına görə, agentliyin inkişaf etməkdə olan Avropa ölkələrinin suveren reytinqi üzrə direktoru Ameli Ru deyib ki, bunun üç səbəbi var:

"Bir ay əvvəl biz Azərbaycanın suveren reytinqləri üzrə proqnozu "mənfi"dən "sabit"ə artırdıq. Bunun əsas səbəbi ölkədə dollarlaşmanın səviyyəsinin azalması, 2017-ci ilin aprelindən manatın məzənnəsinin sabitləşməsi, həmçinin Azərbaycan Beynəlxalq Bankının restrukturizasiya prosesidir ki, bu da ümumilikdə bank sektoruna müsbət təsir edib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti