...

Nazir müavini: Azərbaycanda innovativ klasterlərin yaradılmasını sürətləndirmək lazımdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Mart 2018 12:24 (UTC +04:00)
“İnnovativ klasterlərin yaradılması mexanizmi və metodologiyası hazırlanmalıdır, bütün iştirakçıların funksiyaları müəyyənləşdirilməlidir".
Nazir müavini: Azərbaycanda innovativ klasterlərin yaradılmasını sürətləndirmək lazımdır

Bakı. İlkin Şəfiyev - Trend:

Azərbaycanda innovativ klasterlərin yaradılmasını sürətləndirmək lazımdır.

Trend-in məlumatına görə, bunu “İnnovativ klasterlərin yaradılması sahəsində dövlət-özəl sektor əməkdaşlığı: mövcud aktivlər və yerli xammalın istifadəsi” mövzusunda konfrans zamanı iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.

Nazir müavini bildirib ki, bu istiqamətdə təhsil və elm müəssisələri ilə əməkdaşlığın qurulması vacibdir:

“İnnovativ klasterlərin yaradılması mexanizmi və metodologiyası hazırlanmalıdır, bütün iştirakçıların funksiyaları müəyyənləşdirilməlidir. Ehtiyatların səmərəli istifadəsi və toplanan aktivlərin sənayeyə yönəldilməsi də vacib məsələlərdəndir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti