...

Xalq Bank I rübü bütün göstəricilər üzrə sabit artımla başa vurub

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Aprel 2018 16:41 (UTC +04:00)
2018-ci ilin I rübünün yekunlarına əsasən Xalq Bank ASC əsas maliyyə göstəriciləri üzrə stabil artım nümayiş etdirib.
Xalq Bank I rübü bütün göstəricilər üzrə sabit artımla başa vurub

Bakı. Trend:

2018-ci ilin I rübünün yekunlarına əsasən Xalq Bank ASC əsas maliyyə göstəriciləri üzrə stabil artım nümayiş etdirib.

"Xalq Bank"dan Trend-ə verilən məlumata görə, bankın aktivləri 2017-ci ilin sonuna olan göstəricilərlə müqayisədə 412 milyon manat və yaxud 22,72 % artaraq 2 225.65 milyon manat təşkil edib.

Bankın kredit portfeli I rüb ərzində 10.3 milyon manat və yaxud 0,79% artaraq 1 322.55 milyon manat təşkil edib. Bu nəticə ölkənin özəl bankları arasında ən yüksək göstəricidir.

Müştərilər tərəfindən yerləşdirilən depozitlərin həcmi birinci rüb ərzində 318.99 milyon manat və yaxud 27,24% artaraq 1 489.90 milyon manata çatıb. Bank rübü 7. 522 mln manat xalis mənfəətlə başa vurub.

Cari ilin ilk rübündə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri ilə Xalq Bank ölkənin maliyyə sektorunda lider banklardan biri olaraq öz mövqeyini möhkəmləndirib. Bu uğurlar Bankın loyal müştərilərinin, peşəkar əməkdaş komandasının, düşünülmüş və effektiv idarəetmə siyasətinin nəticəsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti