...

Sumqayıt Kimya Sənaye Parkında daha 7 müəssisə fəaliyyətə başlayacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 May 2018 11:05 (UTC +04:00)
2018-ci ildə Sumqayıt Kimya Sənaye Parkında 7 müəssisə fəaliyyətə başlayacaq.
Sumqayıt Kimya Sənaye Parkında daha 7 müəssisə fəaliyyətə başlayacaq

Bakı. Ənvər Məmmədov - Trend:

2018-ci ildə Sumqayıt Kimya Sənaye Parkında 7 müəssisə fəaliyyətə başlayacaq.

Trend-in məlumatına görə, bunu Kimya Sənaye Parkının baş direktoru Nazim Talıbov deyib.

Baş direktorun sözlərinə görə, rezidentlərin əsas fəaliyyəti ilin ikinci yarısında başlayacaq:

“İlk növbədə bu, “SOCAR Karbamid” azot gübrələr zavodu, eləcə də “SOCAR Polymer”in iki polietilen və polipropilen qurğusudur. Bu layihələr daxili bazarla yanaşı, ixraca da yönləndiriləcək”.

O əlavə edib ki, bu ilin üçüncü rübündə “Tabaterra” şirkətinin tütün məmulatlarının istehsalı zavodunun işə düşməsi planlaşdırılır:

“Bu zavodun istehsal gücü ildə 7 milyard siqaret təşkil edəcək. Bundan başqa, bu il yüz faiz İsveçrə kapitalı olan silisium və kalsium istehsalı müəssisəsi işə salınacaq. Bu müəssisədə tikinti qarışıqlarının istehsalı planlaşdırılır. Bu ilin üçüncü rübündə həmçinin ferroərintilər zavodunun işə salınması nəzərdə tutulur”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti