...

IFC Azərbaycana aqrobiznesin rəqabətqabiliyyətliliyini artırmağa kömək edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 İyun 2018 10:04 (UTC +04:00)
Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Azərbaycan hökumətinə aqrobiznesin rəqabətqabiliyyətliliyinin artırılmasında kömək etməyi planlaşdırır.
IFC Azərbaycana aqrobiznesin rəqabətqabiliyyətliliyini artırmağa kömək edəcək

Bakı. Ənvər Məmmədov - Trend:

Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Azərbaycan hökumətinə aqrobiznesin rəqabətqabiliyyətliliyinin artırılmasında kömək etməyi planlaşdırır.

Bunu Trend-ə müsahibəsində IFC-nin Cənubi Qafqaz üzrə regional meneceri Yan van Bilsen deyib.

Regional menecerin sözlərinə görə, kənd rayonlarında əhalinin təqribən 40 faizini iş yeri və gəlirlə təmin edən kənd təsərrüfatı sektoru daha geniş maliyyələşdirmə sayəsində daha məhsuldar və gəlirli ola bilər:

“Bu sahəyə kömək etməyin yollarından biri aqrosığortadır. Bu, kənd təsərrüfatı istehsalı ilə bağlı hava və qiymət volatilliyi kimi riskləri yumşaltmağa imkan verəcək. Avropa və Mərkəzi Asiyada aqromaliyyələşmə üzrə məşvərət layihəsi fermerlərlə birgə müxtəlif araşdırmaların həyata keçirilməsi, kənd təsərrüfatı sığortası barədə qanunun hazırlanması və kənd təsərrüfatı sığortası sistemi konsepsiyasının hazırlanması üçün Azərbaycan hökuməti ilə işləyib”.

Hazırda IFC Kənd Təsərrüfatı Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatası ilə birgə ölkədə kənd təsərrüfatı sığortası sisteminin tətbiq olunması layihəsi üzərində işləyir. Azərbaycan hökuməti kənd təsərrüfatı sığortasının TARSIM adlanan Türkiyə modelini istifadə etmək niyyətindədir. Layihə ilə bağlı işlər çərçivəsində IFC Azərbaycanda bu modelin tətbiqi üçün əlverişli üsullar axtarır.

Eyni zamanda Azərbaycan Kənd Təsərrüfatı Nazirliyində “Kənd təsərrüfatı sığortasının stimullaşdırılması haqqında” qanun layihəsi üzərində işlər davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti