Bakı. Trend:
2018-ci il iyulun 4-də Bakıda Azərbaycan-Pakistan biznes forumu keçiriləcək.
Trend bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (AZPROMO) istinadən məlumat verir.
Qeyd olunur ki, forum iştirakçıları iqtisadi əməkdaşlığın və işgüzar əlaqələrin genişləndirilməsi perspektivlərini müzakirə edəcəklər.
Tədbir çərçivəsində Azərbaycan və Pakistanın biznes və investisiya imkanları təqdim olunacaq, eləcə də sahibkarlar arasında ikitərəfli görüşlər keçiriləcək.