...

Ticarət nümayəndəsi: Azərbaycan Mərkəzi Avropaya ixracatı artırmaq niyyətindədir (ÖZƏL)

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Avqust 2018 12:13 (UTC +04:00)
Azərbaycan Mərkəzi Avropaya ixracatı artırmaq niyyətindədir.
Ticarət nümayəndəsi: Azərbaycan Mərkəzi Avropaya ixracatı artırmaq niyyətindədir (ÖZƏL)

Bakı. Mətanət Nəsibova - Trend:

2018-ci ilin sonunadək Azərbaycan Mərkəzi Avropa ölkələrinə, xüsusən də Polşaya ixracatı artırmağı planlaşdırır.

Bunu Trend-ə Azərbaycanın Polşadakı ticarət nümayəndəsi Nemət Nağdəliyev deyib.

O qeyd edib ki, 2018-ci ilin yanvar-iyul aylarında Azərbaycanla Polşa arasında əmtəə dövriyyəsi 50,137 milyon dollar təşkil edib:

"Azərbaycandan Polşaya ixrac 4,435 milyon, idxal isə 45,702 milyon dollara bərabər olub. Ötən ilin eyni dövrü ilə müqayisədə iki ölkə arasında ticarət dövriyyəsi 35,3 faiz artıb".

Ticarət nümayəndəsi bildirib ki, son 5 il ərzində əmtəə dövriyyəsinin artım dinamikası təxminən eyni səviyyədə qalıb, ona görə də ticarət dövriyyəsinin ciddi artımı gözlənilmir: "Əlbəttə ki, biz bu istiqamətdə işimizi davam etdiririk”.

N.Nağdəliyev əlavə edib ki, hazırda Azərbaycan məhsullarının Çinə və Mərkəzi Avropa ölkələrinə ixracında əsas pay spirtli içkilər, şirələr və kompotlara düşür:

“Gələcəkdə Azərbaycan Polşa ilə kənd təsərrüfatı, nəqliyyat, kimya sənayesi, informasiya texnologiyaları, turizm, kiçik elektronika məhsullarının istehsalı kimi sahələrdə əməkdaşlığın inkişafına diqqət yönəltmək niyyətindədir. Bu gün bunun üçün bütün şərait var”.

O xatırladıb ki, 2017-ci ildə Polşa ticarət dövriyyəsinin həcminə görə Azərbaycanın dördüncü ticarət tərəfdaşı olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti