...

AİB Azərbaycan iqtisadiyyatının artımı ilə bağlı proqnozu dəyişməz saxlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Sentyabr 2018 13:21 (UTC +04:00)
2018-ci ildə Azərbaycan iqtisadiyyatının artımı 1,7 faiz, 2019-cu ildə 2 faiz təşkil edəcək
AİB Azərbaycan iqtisadiyyatının artımı ilə bağlı proqnozu dəyişməz saxlayıb

Bakı. Taleh Mürsəqulov - Trend:

2018-ci ildə Azərbaycan iqtisadiyyatının artımı 1,7 faiz, 2019-cu ildə 2 faiz təşkil edəcək.

Trend-in məlumatına görə, bu barədə Asiya İnkişaf Bankının hesabatında deyilir.

Bank artımla bağlı proqnozu əvvəlki hesabatla müqayisədə dəyişməyib.

Hesabata əsasən, 2018-ci ilin yanvar-iyun aylarında Azərbaycan iqtisadiyyatı 1,3 faiz artıb. Ötən ilin eyni dövründə isə 1,3 faiz azalma qeydə alınmışdı.

2017-ci ilin ilk altı ayı ilə müqayisədə bu ilin yanvar-iyun aylarında neft sektoru 0,1 faiz, qeyri-neft sektoru 2 faiz artıb. Sənaye sektoru 1,2 faiz, kənd təsərrüfatı 7,6 faiz artıb.

Bundan başqa, bank öz hesabatında tədiyə balansının cari əməliyyatlar hesabının profisiti üzrə proqnozu 2018-ci il üçün ÜDM-in 6,9 faizindən 7,9 faizinədək, 2019-cu il üçün ÜDM-in 6,2 faizindən 10,9 faizinədək yaxşılaşdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti