...

Gələn il 3 yeni DOST mərkəzi açılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 May 2019 16:49 (UTC +04:00)
2020-ci ildə Azərbaycanda yeni DOST mərkəzlərinin açılması nəzərdə tutulub
Gələn il 3 yeni DOST mərkəzi açılacaq

Bakı. Mətanət Nəsibova - Trend:

2020-ci ildə Azərbaycanda yeni Dayanıqlı və Operativ Sosial Təminat (DOST) mərkəzlərinin açılması nəzərdə tutulub.

Trend-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, gələcəkdə regionlarda 3 yeni DOST mərkəzi açılacaq:

“Hesab edirik ki, DOST mərkəzləri şəbəkəsi növbəti illərdə də genişlənəcək və Azərbaycanın bütün regionlarını əhatə edəcək. Bu cür mərkəzlərin yaradılması sosial sahədə uğurlu islahatların və “Bir pəncərə” elektron sisteminin təkmilləşməsinin göstəricilərindən biridir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti