...

Azərbaycanda markalanmalı olan məhsulların ilkin siyahısı açıqlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 İyun 2019 15:49 (UTC +04:00)
Bu ilin sonunadək Azərbaycanda markalanmalı olan məhsulların siyasının təsdiq olunması planlaşdırılır
Azərbaycanda markalanmalı olan məhsulların ilkin siyahısı açıqlanıb

Bakı. Sara İsrafilbəyova - Trend:

Bu ilin sonunadək Azərbaycanda markalanmalı olan məhsulların siyahısının təsdiq edilməsi planlaşdırılır.

Trend-in məlumatına görə, bunu jurnalistlərə vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

Onun sözlərinə görə, siyahı artıq Nazirlər Kabinetinə təqdim edilib:

“İlkin siyahıya aksizə düşən mallar – spirtli içkilər, energetik içkilər, dərman preparatları, su və digər məhsullar daxil ediləcək. Bu, uzun və qəliz prosesdir. Vaxt keçdikcə siyahı genişləndiriləcək”.

Nazir müavini əlavə edib ki, hazırda siyahı razılaşdırılma prosesindədir:

“Markalama gömrük məntəqələrindən keçirilmiş malların ölkə ərazisində hərəkətini izləməyə imkan verəcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti