...

Çindən Türkiyəyə gedən yük qatarı Bakı limanından keçib

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Aprel 2020 14:57 (UTC +04:00)
Çindən Türkiyəyə gedən növbəti yük qatarı Bakı limanından keçib
Çindən Türkiyəyə gedən yük qatarı Bakı limanından keçib

Bakı. Sədrəddin Ağcayev - Trend:

Çindən Türkiyəyə gedən növbəti yük qatarı Bakı limanından keçib.

Bu barədə Trend-ə Bakı Beynəlxalq Dəniz Ticarət Limanından bildiriblər.

Məlumatda qeyd olunub ki, Çindən Avropaya hərəkət edən və Avstriya Federal Dəmir Yollarının idarə etdiyi yük qatarı Bakı limanından keçərək Türkiyənin Köseköy şəhərinə yola düşüb. Əsasən elektron qurğular, avtomobil ehtiyat hissələri və digər istehlak malları ilə yüklənmiş qatar Çinin Sian şəhərindən Bakıya altı günə çatıb.

Bu, Avstriya Federal Dəmir Yollarının törəmə şirkəti “ÖBB Rail Cargo Group” şirkətinin idarə etdiyi və Bakı limanından keçən ikinci qatardır. Qatar 115 konteynerdən ibarətdir.

Gələcəkdə Sian-Köseköy marşrutu üzrə qatarlar müntəzəm cədvələ əsasən işləyəcək və “Mərkəzi Dəhliz”in və Çin-Türkiyə-Avropa İttifaqı dəhlizinin vacib hissəsi olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti