...

Bakı Beynəlxalq Dəniz Ticarət Limanında yükaşırmanın həcmi artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Yanvar 2021 15:34 (UTC +04:00)
Bakı Beynəlxalq Dəniz Ticarət Limanında yükaşırmanın həcmi artıb

Bakı. Sədrəddin Ağcayev, Tərcümə Orxan Nəbiyev -Trend:

2020-ci ildə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında yükaşırmanın həcmi 4,8 milyon tondan çox olub ki, bu da 2019-cu illə müqayisədə 20 faiz çoxdur.

Bu barədə Trend-ə limanın mətbuat xidmətindən bildiriblər.

Tranzit yüklərin payı 87 faiz təşkil edib.

Limandan keçən iriölçülü yük maşınlarının (TIR) və aşırılan konteynerlərin sayı son 30 ilin ən yüksək göstəricisi olub.

2020-ci ildə 43 128 TIR boşaldılıb ki, bu da 2019-cu illə müqayisədə 28 faiz çoxdur. Aşırılan konteynerlərin sayı 15 faiz artaraq 40 345-ə bərabər olub.

Quru yük terminalında 2,8 dəfə artıb və 711,7 min ton təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti