...

Rusiya Azərbaycana 270 milyon dollarlıq kimyəvi məhsul ixrac edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Aprel 2021 11:20 (UTC +04:00)
Rusiya Azərbaycana 270 milyon dollarlıq kimyəvi məhsul ixrac edib

Bakı. Fidan Babayeva - Trend:

Rusiya 2020-ci ildə Azərbaycana 270 milyon dollardan çox məbləğdə kimyəvi sənaye məhsulu ixrac edib.

Trend bu barədə Rusiyanın ticarət nümayəndəliyinə istinadən məlumat verir.

Qeyd olunur ki, ötən il Rusiya Azərbaycana universal və azot gübrələri, plastik kütlə və plastik məmulatlar, əczaçılıq məhsulları, yuyucu vasitələr tədarük edib.

Eyni zamanda Rusiya müəssisələrinin Azərbaycana ixracının əmtəə strukturunda tədarüklərin üçdə bir hissəsini ərzaq malları və kənd təsərrüfatı xammalı təşkil edib.

Ötən il Rusiya şirkətləri Azərbaycana ümumilikdə 690 milyon dollardan çox məhsul tədarük edib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti