Bakı. Fidan Babayeva - Trend:
Azərbaycan 2021-ci ildə Avropa ölkələri və Yaxın Şərqə nar ixrac etməyi planlaşdırır.
Bunu Trend-ə Azərbaycan Nar İİstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov deyib.
Onun sözlərinə görə, Azərbaycan narının ixrac edildiyi əsas ölkələr Rusiya və Ukraynadır:
"2020-ci ildə həmin bazarlarda məhsulumuzun qiyməti yüksək olub. Azərbaycanda istehsal olunan narın yalnız 10-11 faizi daxili bazarın tələbatın tam təmin olunması şərti ilı ixraca yönəldilir. Amma hələ də keyfiyyətli məhsul çatışmazlığı mövcuddur".
O bildirib ki, 2021-ci ildə Assosiasiyanın əsas məqsədi İxracın Təşviqi və İnvestisyalar Fondunun dəstəyi ilə digər Avropa bazarlarına çıxmaqdır.
(Tərcümə: Orxan Nəbiyev)