...

Azərbaycanlı sahibkarlar Özbəkistanla tikinti sektorunda əməkdaşlıqda maraqlıdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Mart 2022 14:06 (UTC +04:00)
Azərbaycanlı sahibkarlar Özbəkistanla tikinti sektorunda əməkdaşlıqda maraqlıdır
Vüqar İmanov
Vüqar İmanov
Bütün xəbərlər

Daşkənd. Trend:

Özbəkistanlı sahibkarlarla əməkdaşlıq uzun illər ərzində uğurla inkişaf edir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov birinci Daşkənd Beynəlxalq İnvestisiya Forumunda deyib.

"Son illər ərzində Özbəkistan iqtisadiyyatı əhəmiyyətli dərəcədə dəyişib, bütün sahələrdə məhsuldar əməkdaşlıq üçün böyük perspektivlər yaranıb. Çoxlu sayda Azərbaycan şirkəti Özbəkistanla əməkdaşlıq edir. Burada onların nümayəndəlikləri və istehsal müəssisələri var. Bizim 10 nəfərdən ibarət nümayəndə heyətimiz Azərbaycanın müxtəlif şirkətlərini təmsil edir. Onlar kənd təsərrüfatından tikinti sektorunadək bir sıra sahələrdə biznesin inkişafında, mühüm layihələrin reallaşdırılmasında və təcrübə mübadiləsində maraqlıdır. Qeyd etmək istərdim ki, son üç il ərzində, pandemiyaya baxmayaraq ölkələrimiz arasında ticari-iqtisadi münasibətlər genişlənib, qida sənayesi, elektronika və kənd təsərrüfatı sahələrində ticarət dövriyyəsi 30 faiz artıb", - deyə V.Zeynalov bildirib.

Qeyd edək ki, Özbəkistanda birinci Daşkənd Beynəlxalq İnvestisiya Forumu başlayıb. Tədbirdə bir sıra ölkələrdən, o cümlədən Azərbaycandan iri investisiya, maliyyə-iqtisadi təşkilatlar və şirkətlərin, rəsmi strukturların rəhbərləri və nümayəndələri iştirak edirlər.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti