...

MEDEF İnternational yanında Fransa-Azərbaycan İşgüzar Şurasının nümayəndə heyəti Bakıya səfər edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Aprel 2022 08:00 (UTC +04:00)
MEDEF İnternational yanında Fransa-Azərbaycan İşgüzar Şurasının nümayəndə heyəti Bakıya səfər edəcək
Nərgiz Sadıxova
Nərgiz Sadıxova
Bütün xəbərlər

Bakı. Trend:

25 Fransa şirkətinin nümayəndələrinin daxil olduğu MEDEF International yanında Fransa-Azərbaycan İşgüzar Şurasının nümayəndə heyəti Bakıya səfər edəcək.

Bu barədə Trend-ə MEDEF-dən məlumat verilib.

Səfər aprelin 7 və 8-də baş tutacaq. Nümayəndə heyətinə MEDEF International-ın baş direktoru Filip Qotye rəhbərlik edəcək.

MEDEF-dən verilən məlumata görə, missiya qlobal koronavirus pandemiyası və onun iqtisadi nəticələrinə baxmayaraq davam edən Fransa-Azərbaycan İşgüzar Şurasının fəaliyyəti çərçivəsində təşkil olunacaq.

Nümayəndə heyətinə nəqliyyat, infrastruktur, enerji (ənənəvi və bərpa olunan enerji), maşınqayırma, memarlıq, yüksək texnologiyalar, bank sektoru sahələrində fəaliyyət göstərən şirkətlərin nümayəndələri daxil olacaq.

"Bu şirkətlərin əksəriyyəti Azərbaycanda və ya qonşu bazarlarda uğurlu tərəfdaşlıq əlaqələri qurub. Onlar mobillik, ağıllı şəhər xidmətləri, enerji səmərəliliyi, dayanıqlı infrastruktur, tikinti və texnologiya kimi sahələrdə aktual problemlərin həll yollarına malikdirlər", - MEDEF-dən bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti