...

İlon Maskın sərvəti gün ərzində təxminən 17 milyard dollar azalıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 İyun 2022 22:03 (UTC +04:00)
İlon Maskın sərvəti gün ərzində təxminən 17 milyard dollar azalıb

Bakı. Trend:

"Tesla" şirkətinin rəhbəri İlon Maskın sərvəti təxminən 17 milyard dollar azalıb.

Trend xəbər verir ki, bu barədə "Forbes" jurnalı məlumat yayıb.

Qeyd olunur, buna səbəb "Tesla"-nın işçi qüvvəsinin 10%-ni ixtisar etməli olacağı xəbərləri fonunda səhmlərinin ucuzlaşmağı olub.

Nəşr bildirir ki, Nyu-York birjasında keçirilən ticarət sessiyası zamanı "Tesla" səhmləri 5%-dən çox ucuzlaşdığından İlon Mask 16,9 milyard dollar itirib.

Buna baxmayaraq, Mask, hələ də planetin ən varlı adamıdır və 216,8 milyard dollar sərvətə malikdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti