...

AİB Azərbaycanın bölgələrində texnologiya startaplarını dəstəkləməyə çalışır - Kendis Makdeyqan

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Oktyabr 2022 11:04 (UTC +04:00)
AİB Azərbaycanın bölgələrində texnologiya startaplarını dəstəkləməyə çalışır - Kendis Makdeyqan
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Asiya İnkişaf Bankı (AİB) Azərbaycanın bölgələrində texnologiya startaplarını dəstəkləməyə çalışır.

Trend-in məlumatına görə, bunu bu gün AİB-in Azərbaycan üzrə direktoru Kendis Makdeyqan Azərbaycanda texnologiya startaplarının ekosistemi üzrə hesabatın təqdimatı zamanı deyib.

"İstənilən biznesə dəstək ölkənin iqtisadi inkişafına dəstəyin vacib amilidir. Həyat qabiliyyətli biznesə çevrilməsi üçün startapla maliyyələşməyə, infrastruktura və digər vacib elementlərə çıxış imkanları verilməlidir", - deyə o bildirib.

Onun sözlərinə görə, Azərbaycanda təkcə paytaxtda deyil, bölgələrdə də texnologiya startaplarının inkişafı üçün böyük potensial var.

"Biz həm də gənclər arasında öz startaplarının işə salınması üçün böyük maraq görürük. Bu, həqiqətən də çox vacibdir, çünki bu sahə sürətlə inkişaf edir və gənc nəslin təşəbbüsləri ölkədə startapların uğurunu təmin edəcək", - K.Makdeyqan əlavə edib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti