...

Azad edilmiş ərazilərdə 11 su elektrik stansiyası bərpa olunacaq - Nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Noyabr 2022 12:19 (UTC +04:00)
Azad edilmiş ərazilərdə 11 su elektrik stansiyası bərpa olunacaq - Nazir
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Növbəti iki il ərzində Azərbaycanın azad edilmiş ərazilərində 11 su elektrik stansiyası bərpa olunacaq.

Trend-in məlumatına görə, bunu bu gün energetika naziri Pərviz Şahbazov “Prezident İlham Əliyevin rəhbərliyi ilə post-konflikt quruculuğu modeli” mövzusunda keçirilən konfransda deyib.

Nazir bildirib ki, bu, ümumi enerji sisteminin istehsal gücünə 54 meqavatt əlavə güc qatacaq.

Onun sözlərinə görə, bu regionda kiçik su elektrik stansiyalarının bərpası, eləcə də Laçın və Kəlbəcərdə külək elektrik stansiyalarının tikintisinə xarici investisiyaların cəlb olunması əsas prioritetlərdəndir.

"Hazırda ümumi gücü 320 meqavatt olan 50-dən çox kiçik su elektrik stansiyasının bərpası və tikintisi üzrə tədqiqatlar aparılır. Eyni zamanda ümumi gücü 33,4 meqavatt olan 7 kiçik su elektrik stansiyasının bərpası və tikintisi üzrə işlər görülür", - nazir deyib.

P.Şahbazov əlavə edib ki, yaxın illərdə Araz çayında 140 meqavatt gücündə "Xudafərin" və "Qız qalası" su qovşaqlarının istismara verilməsi də regionun "yaşıl" inkişafına öz töhfəsini verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti