...

Azərbaycan "ağıllı" şəhər və kəndlərin yaradılmasında dünyanın aparıcı şirkətləri ilə əməkdaşlıq edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Noyabr 2022 12:21 (UTC +04:00)
Azərbaycan "ağıllı" şəhər və kəndlərin yaradılmasında dünyanın aparıcı şirkətləri ilə əməkdaşlıq edir

Bakı. Trend:

Azərbaycan "ağıllı" şəhər və kəndlərin yaradılmasında dünyanın aparıcı şirkətləri ilə əməkdaşlıq edir.

Trend-in məlumatına görə, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev noyabrın 21-də “Şəhərlərin və kənd yerlərinin inkişafına innovativ yanaşma: ağıllı şəhər və kəndlər” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, "ağıllı" şəhər və kənd konsepsiyası su və digər ethiyatların səmərəli istifadə olunmasına xidmət edir.

"Azərbaycanda 2020-ci ildən bu istiqamətdə işlər aparılır və ölkəmiz aparıcı şirkətlərlə əməkdaşlıq edir. "Onlayn Azərbaycan" konsepsiyası çərçivəsində dövlət sistemlərinin inteqrasiyası, "bulud" texonologiyalarına keçid üzrə işlər aparılır", - nazir deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti