...

İnsan kapitalının inkişafını uzlaşdırmaq lazımdır - Cəmaləddin Quliyev

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Aprel 2023 12:10 (UTC +04:00)
İnsan kapitalının inkişafını uzlaşdırmaq lazımdır - Cəmaləddin Quliyev
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Hazırda qlobal tendensiyalar və qloballaşma insan kapitalının inkişafı ilə ölçülür.

Trend cümə axşamı xəbər verir ki, bunu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədr müavini Cəmaləddin Quliyev Bakıda keçirilən Qlobal HR sammitində deyib.

O, Azərbaycanın müstəqillik əldə etdikdən sonra insan kapitalının inkişafı üzrə praktik addımlar atdığını qeyd edib.

"Neft gəlirlərinin idarə olunması strategiyası müstəqilliyimizin ilk illərində insan resurslarının inkişafı məqsədilə qəbul olunub. Qarşıdakı 4-cü və 5-ci sənaye inqilablarında insan kapitalının və əmək bazarının iştirakçılarının inkişafını koordinasiya etmək lazımdır. Əvvəllər qlobal tendensiyalar və qloballaşma ÜDM-in ölçüsü ilə ölçülürdü, indi isə insan kapitalının inkişafı ilə ölçülür", - C.Quliyev deyib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti