...

"PAŞA Bank" işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən layihələrə ayrılan kreditlərin məbləğini açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 May 2024 17:20 (UTC +04:00)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Son üç il ərzində "PAŞA Bank" Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən layihələrə 120 milyon manata yaxın məbləğdə kredit ayırıb.

Trend xəbər verir ki, bu barədə "PAŞA Bank"ın baş icraçı direktoru və İdarə Heyətinin sədri Cavid Quliyev 2023-cü il üzrə fəaliyyətin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

"Son üç il ərzində PAŞA Bank Azərbaycanın işğaldan azad edilmiş əraziləridnə 120 milyon manata yaxın kredit ayırıb, həmçinin bir sıra digər layihələrə təminat ayırıb", - o deyib.

Qeyd edək ki, 2023-cü ilin yekunlarına görə, PAŞA Bankın aktivləri 8,622 milyard manat (2,2 faiz artım), kredit portfeli 2,958 milyard manat (4,7 faiz artım), öhdəlikləri 7,809 milyard manat (35,7 faiz artım), xalis mənfəəti isə 271,551 milyon manat (3,18 dəfə artım) olub.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti