...

Mərkəzi Asiya və Qafqaz regionu innovasiyalar mərkəzinə çevrilir - "Microsoft"

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Oktyabr 2024 18:02 (UTC +04:00)
Mərkəzi Asiya və Qafqaz regionu innovasiyalar mərkəzinə çevrilir - "Microsoft"
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Mərkəzi Asiya və Qafqaz regionu innovasiyalar mərkəzinə çevrilir.

Trend xəbər verir ki, bu barədə “Microsoft”un CEMA regionu (Mərkəzi və Şərqi Avropa, Yaxın Şərq və Afrika) üzrə regional direktoru Miladi Stumbu Bakıda "PASHA Holding" tərəfindən 4-cü dəfə təşkil edilən "INMerge” İnnovasiya Sammitində deyib.

“Mərkəzi Asiya və Qafqaz innovasiyalar mərkəzlərinə çevrilir. Bu regionlar həm geosiyasi, həm də coğrafi mövqeyi baxımından olduqca unikaldır. Burada gənc və perspektivli mütəxəssisləri əhatə edən əhəmiyyətli insan kapitalı toplanıb. İndi bu potensialı inkişaf etdirmək insanlara yeni iqtisadiyyatda, süni intellektin mühüm rol oynadığı sahələrdə tələb olunan bacarıqları əldə etmələri üçün imkanlar təqdim etmək vacibdir”, - o vurğulayıb.

O, həmçinin, dövlət səviyyəsində və ya “Microsoft” kimi şirkətlər vasitəsilə sahibkarlığın dəstəklənməsinin vacibliyini qeyd edib.

“Bütün bu innovativ şirkətlər burada, regionda texnologiyalar və innovasiyalar yaradır. Müasir qlobal iqtisadiyyatda lokal şirkətlər yoxdur. Bu təşkilatlar, baxmayaraq ki, öz inkişaflarını Mərkəzi Asiyada yaradırlar, qlobal bazara yönəlməlidirlər”, - Miladi Stumbu əlavə edib.

Qeyd edək ki, “PAŞA Holding”in təşkilatçılığı ilə həyata keçirilən bu sammitin məqsədi ölkədə innovasiya ekosisteminin inkişafına töhfə vermək, startaplar və investorları bir araya gətirərək, onlara əməkdaşlıq üçün fürsət yaratmaq, eləcə də, innovasiya ekosisteminin bütün iştirakçıları arasında fikir və təcrübə mübadiləsi üçün platforma qurmaqdır.

Xəbər lenti

Xəbər lenti