...

AZƏRBAYCAN ÜMUMDÜNYA TİCARƏT TƏŞKİLATI İLƏ DANIŞIQLARIN NÖVBƏTİ MƏRHƏLƏSİ ÜZRƏ 5 İSTİQAMƏTİ MÜƏYYƏN EDİB

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Avqust 2005 11:47 (UTC +04:00)

Azərbaycan Ümumdünya Ticarət Təşkilatına (ÜTT) am tərkibdə üzv olamaq üçün hökumətin işçi qrupunun və ÜTT ilə II görüşə hazırlıq işlərinə başlayıb.

Axərbaycanın xarici işlər nazirinin müavini, milli danışıqlar qrupunun rəhbəri Mahmud Məmmədquliyevin Trend ə verdiyi məlumata görə, II görüşlə bağlı hazırlıq proqramı artıq müəyyən edilibvə ona müvafiq olaraq hazırlıq işləri aparılır.

"Əgər biz hazırlıqları başa çatdıra bilsək, növbəti görüş fevral ayında Cenevrədə keçiriləcək. Hər şey bizdən asılıdır ", - deyə M.Məməmquliyev məlumat verib.

ÜTT ilə danışıqlar üzrə Dövlət Komissiyasının katibliyindən Trend ə verilən məlumata görə, hazırlıq danışıqlar qrupunun Xarici İşlər Nazirliyi yanında fəaliyyət göstərən mütəmadi iclasları, eləcə də ÜTT üzvlərinin suallarına cavablara hazırlıq üzrə nəzarət nəzərdə tutulur.

Hələlik suallar Avropa Birldiyindən və Avstraliyadan daxil olub. 2005-ci il iyunun 30-da keçirilən III görüşdə bundan əvvəlki görüşdə verlimiş suallara cavablar, ÜTT standartlarına müvafiq qanunvericiliyə keçirilməsi üzrə perspektiv plan, kənd təsərrüfatı üzrə sənəd (fito-sanitar və baytarlıq nəzarəti), xidmətlərin nizamlanmasına dair sənəd, mallar və xidmətlər üzrə Azərbaycan bazarlarına daxil olmaq üçün tariflər üzrə təkliflər. 1997-ci ildən Azərbaycan ÜTT-da müşahidəçi statusuna malikdir.

Xəbər lenti

Xəbər lenti