...

BAKIDA AZƏRBAYCAN SAHİBKARLARININ VƏ BADEN- VYURTTEMBERQ TORAĞININ SAHİBKARLARININ FORUMU AÇILIB

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Sentyabr 2005 13:53 (UTC +04:00)

Sentyabrın 26-da Bakıda Azərbaycanın işgüzar dairələrinin və Baden-Vyurtemberq (AFR) federal torpağının işgüzar dairlərinin biznes-forumu açılıb. Trend in məlumatına görə, tədbirdə federal torpağın 14 biznes strukturun və 100-ə yaxın yerli sahibkarlar iştirak edir.

Tədbirin iştirakçılarının qeyd etdiyinə görə, bu forum Azərbaycanla Almanyia arasında ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə xidmət edir. Həmçinin o da bildirilib ki, belə tədbirlərin keçirilməsinin əsası 2002-ci ildə Ştutqartda qoyulub.

İqtisadi inkişaf nazirinin müavini Mikayıl Cabbarov iştirakçıları ölkədəki iqtisadi vəziyyətlə tanış edib və qeyd edib ki, son 8 ay ərzində ölkədə iqtisadi artım 20% dən çox olub, gələn il üçün analoji göstəricilər isə 26-30%-ə bərabərdir. "Bu, Azərbaycanı Avropada və eləcə də bütün dünyada iqtisadi artımının sürətinə görə lider ölkəyə çevirir. Bu zaman, ölkədə iqtisadiyyatın neft-qaz sektorları ilə yanaşı, qeyri-neft sektorunda da paralel inkişaf müşahidə olunur ki, bu da "Holland sindromu"nun qarşısının alındığını sübut edir", - deyə M.Cabbarov bildirib.

Maraqlıdır ki, ilk dəfədir ki, Azərbaycana orta biznesi təmsil edən ( alluminium örtüklər, kimya maşınqayırması, avtomobil parkinq sistemləri, inşaat materialları, tibbi avadanlıqlar və s.) (Fischer, Protek, Sauter, Eyring, HiTecTrade, Iacono, Barit, Dürr, Layher, Wöhr) belə nümayəndə heyəti gəlir.

Xəbər lenti

Xəbər lenti