...

YAPON İNVESTORLARI QARS-AHALKALAKİ-TBİLİSİ-BAKI DƏMİRYOLUNUN TİKİNTİ LAYİHƏSİNİN DETALLARINI ÖYRƏNİRLƏR

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Oktyabr 2005 12:33 (UTC +04:00)

(Qafqaz-Press) -Qars-Ahalkalaki-Tbilisi-Bakı dəmiryolunun tikintisinə Yaponiyanın bir sıra işgüzar dairələri də investisiya qoyması mümkündür. Belə imkanı Gürcüstan dəmiryollarının baş direktoru David Onoprişvili də istisna etmir.

Bu gün keçirilən brifinqdə o bəyan edib ki, artıq layihənin detallarını öyrənən Yaponiyanın nümayəndə heyəti Tbilisdədir. Onoprişvilinin sözlərinə görə, yaponlar artıq Ahalkalakidə olublar və dəmiryolunun keçəcəyi Türkiyə ilə sərhəd ərazisini nəzərdən keçiriblər. "Layihənin texniki sənədləşməsi hazır aolandan sonra yapon tərəfi orada özünün iştirakını müəyyən edəcək", - deyə o bildirib və qeyd edib ki, yaponlar Tokioda "Invest in Georgia" forumu keçirilərkən gürcü layihəsi ilə maraqlanıblar.

İlkin hesablamalara görə, Qars-Ahalkalaki-Tbilisi-Bakı dəmiryolunun layihəsinin dəyəri 400 milyon dollardır.

Xəbər lenti

Xəbər lenti